ufuqi-tek-banner-1

facebook-pn-ban-1

"Baş Prokurorluğa məlumat vermişik” - Mirşahin danışdı Xüsusi

Bu məqaləni qiymətləndir
(0 səs)
mirşahin“ANS-lə bağlı yayılan informasiyalarda yanlışlıq var. Bu barədə Baş Prokurorluğa məlumat vermişik”.
 
 
Postnews.az Qaynarinfo.Az-a istinadən xəbər verir ki, modern.az-a açıqlamasında fəaliyyəti dayandırılan ANS televiziyasının vitse-prezidenti Mirşahin Ağayev ANS Müstəqil Yayım və Media Şirkətinin vəzifəli şəxsləri tərəfindən terrorçuluğun təbliğinə yönələn çağırışlar etmələri və digər faktlarla bağlı məsələdən danışarkən deyib.
 
O, bildirib ki, bu barədə başqa nəsə deyə bilməz: “Yaxşı olar ki, Baş Prokurorluqla əlaqə saxlayın. Bu barədə məlumatı onlardan öyrənin. Başqa heç nə deyə bilmərəm”.
 
ANS Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələr üzrə müşaviri Mais Məmmədov İstipress-ə bildirib ki, ANS-in vəzifəli və rəhbər şəxsləri barədə cinayət işi açılmayıb və onların ölkəyə giriş-çıxışına heç bir məhdudiyyət yoxdur. Mais Məmmədov bildirib ki, prokurorluq orqanları ilə bir daha əlaqə saxlanılıb və onlar həqiqətən də ANS-in vəzifəli şəxsləri barədə cinayət işinin olmadığını təsdiqləyiblər.
 
M.Məmmədov bu mövzuda məlumat yayan mənbələri belə həssas məsələlərdə ehtiyatlı olmağa, hər hansı  spekulyasiyaya yol verməməyə çağırıb.
 
Qeyd edək ki, fəaliyyəti dayandırılan ANS televiziyasının əməkdaşı Qənirə Ataşova xaricə gedərkən hava limanından geri qaytarılıb.
 
Vəkil Elçin Sadıqovun yaydığı məlumata görə, ANS TV-də çalışan jurnalist Qənirə Ataşova 27 oktyabr 2016-cı il tarixdə Bakı şəhərindən İstanbul şəhərinə uçarkən Dövlət Sərhəd Xidmətininin əməkdaşları tərəfindən saxlanılıb. Ona ölkədən çıxışına qadağa qoyulduğu bildirilərək geri qaytarılıb.
 
Araşdırma zamanı məlum olub ki, ANS Müstəqil Yayım və Media Şirkətinin vəzifəli şəxsləri tərəfindən terrorçuluğun təbliğinə yönələn çağırışlar etmələri və digər faktlara dair ibtidai istintaqı aparılan cinayət işi üzrə Qənirə Ataşovanın “Giriş-çıxış və qeydiyyat” İAMAS üzrə sərhəd keçməsinə məhdudiyyət qoyulub.
Oxunub 81 dəfə
Bazar ertəsi, 09 Yanvar 2017 15:30 Yazan  Kateqoriya: Cəmiyyət No comment

ufuqi-cut-banner-1-sol

ufuqi-cut-banner-2-sol

ufuqi-cut-banner-3-sol

ufuqi-cut-banner-1-sag

ufuqi-cut-banner-2-sag

ufuqi-cut-banner-3-sag