ufuqi-tek-banner-1

facebook-pn-ban-1

Azərbaycanlı gənc qız ölümlə üzü-üzədir: “Bu qədər ağrıya dözə bilmək çox çətindir” – FOTO Xüsusi

Bu məqaləni qiymətləndir
(1 Səs)

ayse-emirova-sumuk-xesteliyi-destek“Qaranlıq dünyama işıq olun! Mənə kömək edin! Mən də hamı kimi sərbəst yerimək istəyirəm. Müalicəsiz, belə davam edərsə, mənim ömrümə sayılı günlər qalıb.”

Bunu PostNews.Az-a ünvanladığı məktubunda 27 yaşlı Ayşə Əmirova yazıb. O, məktubda bildirib ki, “Madelun” deyilən sümük xəstəliyindən əziyyət çəkir:

“Mən Əmirova Ayşə Şakir qızı 1989-cu il avqustun 28-də anadan olmuşam.

Xəstəlik bədənimin sol tərəfində, ayağımda, qolumda əyilmələrə səbəb olub. Bədənimin hər yerindən sümük çıxıb və bəzi orqanlarımı zədələyib. Nəticədə ağ ciyərimdə problemlər yaranıb və ürəyimdə xəstəliklərə səbəb olub. Bu qədər ağrıya dözə bilmək çox çətindir.

2014-cü ildən yatağa düşmüşəm və çəkim 49 kq-dan 26 kq-a enib. Çox pis vəziyyətdəyəm. Günü-gündən hərəkət, xüsusilə yerimə qabiliyyətimi itirirəm. İmkansızlıqdan müalicə ala bilmirəm.

Sizə yalvarıram! Bu sözləri də sizə göz yaşlarım içərisində yazıram. Mən də yaşamaq istəyirəm. Sizə yalvarıram, köməyinizi məndən əsirgəməyin, Allah xatirinə!”

A.Əmirova ilə əlaqə saxlamaq üçün qeyd etdiyi mobil telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

(+994 55) 529 09 47

ayse-emirova-sumuk-xesteliyi-destek

Oxunub 222 dəfə Son redaktə Bazar ertəsi, 09 Yanvar 2017 20:59
Bazar ertəsi, 09 Yanvar 2017 20:49 Yazan  Kateqoriya: Cəmiyyət No comment

ufuqi-cut-banner-1-sol

ufuqi-cut-banner-2-sol

ufuqi-cut-banner-3-sol

ufuqi-cut-banner-1-sag

ufuqi-cut-banner-2-sag

ufuqi-cut-banner-3-sag