ufuqi-tek-banner-1

facebook-pn-ban-1

Yaxın günlərdə TQDK tam ləğv olunacaq - DİM Xüsusi

Bu məqaləni qiymətləndir
(0 səs)

tqdk“Yaxın 2-3 həftə ərzində DİM-in strukturunun formalaşdırılması başa çatdırılacaq”



Postnews.az Politika.Az-a istinadən xəbər verir ki, Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ləğvi prosesi tam başa çatıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Ləğvetmə Komissiyası dünən işini yekunlaşdırıb.

“Yaxın 2-3 həftə ərzində DİM-in strukturunun formalaşdırılması başa çatdırılacaq”, – deyə qeyd olunub.

Qeyd edək ki, ötən ilin noyabrında DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə DQMK və TQDK-nın ləğvi ilə bağlı Ləğvetmə Komissiyasının yaradılması haqda əmr imzalayıb.

Xatırladaq ki, DİM ötən il oktyabrın 19-da dövlət qeydiyyatına alınıb. Azərbaycan prezidenti İlham Əliyev 2016-cı il aprelin 11-də DİM-in yaradılması haqqında fərman imzalayıb. Fərmanda müəyyən edilib ki, DİM dövlət qeydiyyatına alındığı andan DQMK və TQDK ləğv edilir, onların istifadəsində olan dövlət əmlakı DİM-in balansına verilir.

Oxunub 33 dəfə
Çərşənbə, 11 Yanvar 2017 17:18 Yazan  Kateqoriya: Cəmiyyət No comment

ufuqi-cut-banner-1-sol

ufuqi-cut-banner-2-sol

ufuqi-cut-banner-3-sol

ufuqi-cut-banner-1-sag

ufuqi-cut-banner-2-sag

ufuqi-cut-banner-3-sag