ufuqi-tek-banner-1

facebook-pn-ban-1

Azərbaycanlı polis əməkdaşı öldürüldü Xüsusi

Bu məqaləni qiymətləndir
(0 səs)

polisssRusiya Federasiyası Dağıstan Respublikasının Dərbənd şəhərində Azərbaycan əsilli polis əməkdaşı naməlum şəxslər tərəfindən qətlə yetirilib.

 

Milli.Az xəbər verir ki, mərhumun qohumlarının report-a verdikləri məlumata görə, 1979-cu il təvəllüdlü Məhəmməd Əlibəy oğlu Vəlibəyov əslən Azərbaycanın Xaçmaz rayonundandır.

Rusiyada ali təhsil aldıqdan sonra Dağıstanda polis orqanlarında işləyən M.Vəlibəyov Dərbənd şəhəri yaxınlığında bir qrup naməlum şəxs tərəfindən əvvəlcədən yaranmış mübahisənin həlli üçün görüşə dəvət edilib və orada tapançadan açılan atəş nəticəsində 5 güllə yarası alaraq yerindəcə keçinib.

M.Vəlibəyov ailəsi Xasavyurt rayonunda yaşadığı üçün orada da dəfn olunub.

Hazırda hüquq-mühafizə orqanları hadisəni araşdırır və cinayəti törədənləri axtarır.

Oxunub 57 dəfə
Cümə axşamı, 12 Yanvar 2017 11:10 Yazan  Kateqoriya: Kriminal-Hadisə No comment

ufuqi-cut-banner-1-sol

ufuqi-cut-banner-2-sol

ufuqi-cut-banner-3-sol

ufuqi-cut-banner-1-sag

ufuqi-cut-banner-2-sag

ufuqi-cut-banner-3-sag