ufuqi-tek-banner-1

facebook-pn-ban-1

“Oskar” mükafatı alan skripka ifaçısı Bakıda konsert proqramıyla çıxış edəcək - VİDEO

Bu məqaləni qiymətləndir
(0 səs)

itzhak-perlman-skripkaHeydər Əliyev Mərkəzində dünya şöhrətli skripkaçı, 15 "Qremmi" və 4 "Emmi" mükafatı laureatı İtzhak Perlmanın konserti keçiriləcək.

Yəhudi əsilli amerikalı musiqiçi konsertdə tanınmış şri-lankalı pianoçu Rohan de Silvanın müşayiətiylə çıxış edəcək. Aprelin 28-də baş tutacaq klassik musiqi gecəsində dahi bəstəkarlar Lüdviq van Bethovenin, Rixard Ştrausun və Klod Debüssinin əsərləri təqdim olunacaq. Perlman 1945-ci ildə İsraildə doğulub, Təl-Əviv Musiqi Akademiyasında və ABŞ-ın Culyard Məktəbində təhsil alıb. Onun 1964-cü ildə Amerikada akademik musiqi ifaçıları arasında keçirilən nüfuzlu Leventrit Müsabiqəsinin qalibi olması gələcək karyerasına mühüm təsir edib. Həmin vaxtda virtuoz skripkaçı məşhur orkestrlərlə müxtəlif ölkələrin konsert salonlarında, o cümlədən ABŞ-ın Kennedi Mərkəzində və dəfələrlə Ağ Evdə çıxış edib.

Musiqiçi dirijor kimi Nyu-York Filarmoniyası, Milli Simfonik Orkestr, Filadelfiya Orkestri, Los-Anceles Filarmoniyası, Çikaqo, Boston, San-Fransisko, Sent-Luis, Dallas, Hyuston simfonik orkestrləri və digər kollektivlərə rəhbərlik edib. 2005-ci ildə Perlman Culyard Məktəbinin 100 illik yubileyi münasibətilə təhsil müəssisəsinin fəxri doktoru adına və medala layiq görülüb. O, 1986-cı ildə ABŞ-ın "Azadlıq medalı", 2000-ci ildə isə "Milli incəsənət medalı" ilə təltif olunub. 1993-cü ildə “Şindlerin siyahısı” filmi üçün ifa etdiyi solo skripka musiqisi “Ən yaxşı musiqi” nominasiyasında “Oskar” mükafatı alıb.

Tamaşaçılar Perlmanı həm də “Qadın qoxusu” filmində məşhur tanqo musiqisinin ifaçısı kimi tanıyırlar.

Oxunub 362 dəfə Son redaktə Bazar, 20 Aprel 2014 17:27
Bazar, 20 Aprel 2014 17:12 Yazan  Kateqoriya: Mədəniyyət No comment

ufuqi-cut-banner-1-sol

ufuqi-cut-banner-2-sol

ufuqi-cut-banner-3-sol

ufuqi-cut-banner-1-sag

ufuqi-cut-banner-2-sag

ufuqi-cut-banner-3-sag