ufuqi-tek-banner-1

facebook-pn-ban-1

Brilliant Dadaşova siqarətə və siqaret çəkənlərə qarşı – VİDEO Xüsusi

Bu məqaləni qiymətləndir
(0 səs)

Brilliant-Dadasova-denizkenari“Siqaret çəkməkdənsə, FİLM çək!”

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “ADDIM” Gənclər təşkilatı 2-ci “No Smoking” Film Festivalını həyata keçirir.

PostNews.Az-ın məlumatına görə, artıq ikinci ildirki dünyada ilk dəfə olmaqla ölkəmizdə gerçəkləşən festivalın siması tütün əleyhinə davamlı mübarizə aparan xalq artisti Brilliant Dadaşovadır. “Siqaret çəkməkdənsə, FİLM çək!” devizi altında gerçəkləşən festivalda məhz siqaret əleyhinə qısametrajlı filmlər nümayiş olunub, qiymətləndiriləcək.

Bundan başqa festival çərçivəsində Azərbaycanın müxtəlif regionlarında kütləvi promolar və tematik film nümayişləri nəzərdə tutulub. Festivalın builki tanıtım kampaniyası çərçivəsində B.Dadaşova gənclərlə çəkildiyi reklam rolikini səhifəsində paylaşaraq bunları söyləyib:

“Ümidvaram ki, sağlam həyat tərzi naminə başladığımız propoqanda qısa müddət ərzində öz bəhrəsini verəcək və biz gələcək nəsillərimizə sağlam, tüstüsüz bir dünya bəxş edə biləcəyik”.

Qeyd edək ki, “Addım” Gənclər Təşkilatı tərəfindən gerçəkləşdirilən festivala ötən il Azərbaycanda rekord sayda 48 yerli film təqdim olunub. Bu il isə festivalda iştirak üçün əcnəbi rejissorlar da müraciət ediblər. 31 May “Beynəlxalq tütün əleyhinə mübarizə günündə” isə festivalın qala gecəsinin keçirilməsi nəzərdə tutulub.

Oxunub 527 dəfə Son redaktə Bazar ertəsi, 12 May 2014 02:31
Bazar ertəsi, 12 May 2014 02:06 Yazan  Kateqoriya: Mədəniyyət No comment

ufuqi-cut-banner-1-sol

ufuqi-cut-banner-2-sol

ufuqi-cut-banner-3-sol

ufuqi-cut-banner-1-sag

ufuqi-cut-banner-2-sag

ufuqi-cut-banner-3-sag