ufuqi-tek-banner-1

facebook-pn-ban-1

Azərbycanlı teleaparıcı: “Hər şeydən danışacağıq” - FOTO Xüsusi

Bu məqaləni qiymətləndir
(0 səs)

1231285 1416099265330359 1343710995688896299 nÖlkənin ən reytinqli radio səhər şoularından olan “Araz FM”də yayımlanan “Üçü birində”nin keçmiş aparıcısı Murad Həşimov bu gündən etibarən “Region TV”də yeni üslubda yayımlanacaq “Yaşamaq gözəldir” verilişində aparıcılıq edəcək.

Bu haqda PostNews.Az-a açıqlama verən M.Həşimov bunları deyib:

“Eyniadlı layihə “Kanal S”də əvvəldən yayımlanır. Amma artıq formatı fərqlidir. Bir sözlə, proqramda hər şey-həm format, həm texniki məsələlər dəyişir. Verilişdə demək olar ki, hər şeydən danışacağıq.
Qeyd edim ki, proqramın əvvəlki aparıcısı dəyişməyib. Sona Alməmmədova da aparıcılığını davam etdirəcək. O, proqrama dəvət olunan həkim, psixoloq, dietoloq və digər tibbə aid qonaqlarla mövzuya birbaşa yanaşacaq. Mənim həmsöhbətlərim isə müxtəlif insanlar olacaq. Dəvətlilər arasında məşhur sənət adamları da olacaqlar. İnanıram ki, bizim proqram tamaşaçıların daha çox baxdığı proqrama çevriləcək”.

Xatırladaq ki, “Yaşamaq gözəldir” proqramı ölkədə yeganə verilişdir ki, yeni açılan “Region TV” və bölgələrdə olan telekanallar “Kanal S” (Şəki), RTV (Xaçmaz), El TV (Yevlax), KTV (Gəncə), CTV (Lənkəran)-də eyni vaxtda canlı yayımlanacaq. Proqram həftə içi 5 gün saat 14.00-da efirə çıxacaq.

Tanınmış diktor Rafiq Həşimovun tələbəsi olan Murad Həşimovu Azərbaycan tamaşaçısı və dinləyicisi Mədəniyyət kanalında yayımlanan “Buta” mədəniyyət xəbərlərinin, eləcə də, “Araz 103.3 FM” radiosunda yayımlanan məşhur “Üçü birində” səhər şousunun aparıcısı kimi yaxşı tanıyır. Murad, həmçinin 2013-cu ilin mayından başlayaraq bir müddət paralel olaraq “İnteraz” televiziyasında “Xeyirli Sabahlar” səhər xəbərlərinin müəllifi və aparıcısı olub. 2013-cü ilin sentyabr ayında “Kanal S”-ə dəvət olunduqdan sonra "Günə Doğru" səhər proqramının, 2014-cü ilin 6 yanvarından həmin kanalda “Ana Xəbər” buraxılışının aparıcısı kimi fəaliyyətini davam etdirib.

10334431_1416099248663694_912381846658982437_n.jpg10271463_1416099271997025_3736181617492729536_n.jpg10268612_1416099235330362_5260415265653939676_n.jpg10271463_1416099221997030_6785959827209382246_n.jpg10298814_1416099268663692_4385335034071807025_n.jpg1231285_1416099265330359_1343710995688896299_n.jpg10259931_1416099258663693_7942141236850698176_n.jpg10245477_1416099278663691_2476709272383567345_n.jpg

Oxunub 817 dəfə Son redaktə Bazar ertəsi, 12 May 2014 12:46
Bazar ertəsi, 12 May 2014 12:41 Yazan  Kateqoriya: Mədəniyyət No comment

ufuqi-cut-banner-1-sol

ufuqi-cut-banner-2-sol

ufuqi-cut-banner-3-sol

ufuqi-cut-banner-1-sag

ufuqi-cut-banner-2-sag

ufuqi-cut-banner-3-sag