ufuqi-tek-banner-1

facebook-pn-ban-1

Firəngiz Əlizadə Beynəlxalq Müsabiqənin Münsiflər Heyətinin sədri kimi - FOTO

Bu məqaləni qiymətləndir
(0 səs)

firengiz-elizadeBu günlərdə Rusiyanın şimal paytaxtı sayılan Sankt-Peterburq şəhərində məşhur rus bəstəkarı Andrey Petrovun adını daşıyan Bəstəkarların VIII Beynəlxalq Müsabiqəsi başa çatıb.

PostNews.Az-ın məlumatına görə, sentyabrın 19-da Şostakoviç adına Sankt-Peterburq Akademik Filarmoniyasında müsabiqənin nəticəsini müəyyən edən seçim konserti baş tutub. Azərbaycan musiqi ictimaiyyəti üçün bu müsabiqənin əlamətdarlığının başlıca səbəbi müasir musiqinin ən tanınmış nümayəndələri olan Aleksandr Knayfel, Vladimir Tarnopolskiy, Aleksandr Radviloviç, Leonid Desyatnikov, Anatoliy Korolyov, Valeriy Platonov, Aleksandr Popov kimi bəstəkarlardan ibarət Münsiflər Heyətinə xalq artisti, professor Firəngiz Əlizadənin sədrlik etməsidir.

Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat katibi İltifat Hacıxanoğlunun PostNews.Az-a verdiyi məlumata görə, öz yaradıcılığı boyu bir çox «ilk»lərə imza atmış Firəngiz Əlizadəyə belə bir möhtəşəm layihədə bu cür etimadın göstərilməsi Azərbaycan bəstəkarlıq məktəbinə hörmətin xoş təzahürüdür.

“Çünki belə məşhur, beynəlxalq miqyaslı müsabiqənin Münsiflər Heyətinə azərbaycanlı bəstəkarın rəhbərlik etməsi ilk hadisədir.

Bütün yaş kateqoriyalarında olan bəstəkarlar üçün nəzərdə tutulmuş, üç mərhələdən ibarət müsabiqənin seçim turuna Rusiyanın, o cümlədən, Belarusiya, İtaliya, Kanada, İsveç, Estoniya, Yaponiya, Ukrayna kimi ölkələrindən simfonik orkestr üçün nəzərdə tutulan 187 əsər təqdim olunub ki, bunlardan 140-ı ikinci mərhələyə, 6-ı isə final mərhələsinə vəsiqə qazanmışdır. Bu rəqəmlər və adları sadalanan ölkələr müsabiqənin dünya musiqi ictimaiyyəti arasında populyarlığının göstəricisidir.” – mətbuat katibi vurğulayıb.

İ.Hacıxanoğlu onu da qeyd edib ki, senyabrın 19-da Rusiyanın məşhur dirijoru Andrey Şteynluxtun idarə etdiyi Şostakoviç adına Sankt-Peterburq Akademik Filarmoniyasının Akademik Simfonik Orkestrinin ifasında finala vəsiqə qazanan 6 iştirakçının əsərləri dinlənilib.

“Firəngiz xanımın sədrlik etdiyi Münsiflər Heyəti həmin əsərlərin arasından final mərhələsində iştirak şansı qazanan 6 qalibi müəyyən etmişdir. Belə ki, yekun rəyə görə, Sankt-Peterburqdan olan bəstəkar İqor Druxun “Betelqeyze” əsəri 1-ci yerə, İsveçli bəstəkar Katarina Leymonun "Buludların Kralı" əsəri 2-ci yerə, Kanadadan Nurulla Xocanın saksofon və orkestr üçün bəstələnmiş «Konsert»i isə 3-cü yerə layiq görülüb. Bundan başqa daha üç iştirakçıya- Tatarıstan təmsilçisi Elmir Nizamov, Moskva təmsilçisi Alina Podzorova və Sankt Peterburqlu Artur Vabel müsabiqənin diplomları ilə təltif edilib.”

firengiz-elizade-sankt-peterburq

Oxunub 365 dəfə Son redaktə Çərşənbə, 24 Sentyabr 2014 23:55
Çərşənbə, 24 Sentyabr 2014 23:37 Yazan  Kateqoriya: Mədəniyyət No comment

ufuqi-cut-banner-1-sol

ufuqi-cut-banner-2-sol

ufuqi-cut-banner-3-sol

ufuqi-cut-banner-1-sag

ufuqi-cut-banner-2-sag

ufuqi-cut-banner-3-sag