ufuqi-tek-banner-1

facebook-pn-ban-1

Türkiyənin məşhur qrupu Bakıya gəlir

Bu məqaləni qiymətləndir
(0 səs)

Nilufer-Verdi-CazTürkyənin Azərbaycandakı səfirliyinin təşəbbüsüilə Bakıda möhtəşəm “Türkiyə Caz Festivalı” keçiriləcəkdir.

PostNews.Az-ın məlumatına görə, oktyabrın 10-16-də keçiriləcək festivalın ikinci günündə çıxış edəcək qrupun adı açıqlanıb. Belə ki, oktyabrın 11-də saat 21:30-da F.Ö.N qrupu möhtəşəm ifaları ilə, “Zeytun” - Park Bulvarda Bakı musiqi sevərlərinin qarşısında çıxış edəcəklər.

Qrup üzüvləri Fəridə Berin Öget, Özay Feçt və Nilufər Verdi Türkiyənin önəmli musiqiçilərindən biridirlər. Qrup üzüvləri, Azərbaycanda konsert vermələrindən çox məmnun olduqlarını bildiriblər.

Məlumat üçün bildirək ki, qrupun ən gənc üzvü, Feride Berin TRT İstanbul Radiosu Uşaq Xorunda 2002-ci ildə isə bir çox konsertdə iştirak edib. 2003-ci ildə Mərmərə Kollecində verdiyi konsertdə məşhur ifaçı Nil Kocamangil ilə birlikdə öz bəstəsini səsləndirdi.

2013-2014 cənubi Azərbaycanlı musiqiçi Ramin Farhangniya ilə işə başlayıb. Feride Berin Öget müxtəlif mədəniyyət-sənət və xüsusi təhsil müəssisələrində violonçel, piano, solfecio və harmoniya dərsləri verir.

Nilüfer Verdi isə Caz musiqisində, Türkiyədə sözünü demiş insanlardadan birdir. Xanım cazçı gənc yaşlarından piano çalmağa başlayıb. Türkiyədə və xaricdə bir çox önəmli caz ustadları ilə işləyib. Türkiyənin deyərli xanım caz sənətçilərindən biri olan Nilüfer Verdinin “Mana” və “İzhar” adlı iki albomu var.

Qrupun digər üzvi Özay Fecht Türkiyədə tanımış aktirisalarından birdir. Alman , igilis, fransız, ispan dillərini mükənməl bilən Özay, Türkiyədə 50- yaxın kino və serialarda rol alıb. Eyni zamanda Ö.Fecht aktirisalıkla yanaşı professional olaraq musiqi ilədə məşğul olub.

Qeyd edək ki, F.Ö.N qrupunun konsertinə giriş pulsuz olacaqdır.

Oxunub 366 dəfə Son redaktə Cümə axşamı, 25 Sentyabr 2014 13:47
Cümə axşamı, 25 Sentyabr 2014 02:22 Yazan  Kateqoriya: Mədəniyyət No comment

ufuqi-cut-banner-1-sol

ufuqi-cut-banner-2-sol

ufuqi-cut-banner-3-sol

ufuqi-cut-banner-1-sag

ufuqi-cut-banner-2-sag

ufuqi-cut-banner-3-sag