ufuqi-tek-banner-1

facebook-pn-ban-1

Bakı və Moskva arasında GİZLİ SAZİŞ: Qarabağ bu şərtlə qaytarılacaq

Bu məqaləni qiymətləndir
(0 səs)

eliyev-sarkisanAzərbaycanın Avrasiya İqtisadi İttifaqı ilə yaxınlaşmasına dair “yol xəritələri”nin hazırlanması Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının gizli bəndlərindən biridir.

 

Postnews.az Publika.az-a istinadən  xəbər verir ki, bu barədə rusiyalı politoloq Vitali Arkov deyib.

Onun sözlərinə görə, Rusiya, Qazaxıstan, belarus, İran və Türkiyə münaqişənin həlli üçün Azərbaycan və Ermənistanın diplomatik idarələri ilə işləyir:

“Ermənistan Dağlıq Qarabağda təmas xətti boyunca öz qoşunlarını geri çəkməklə bağlı öhdəliyi yerinə yetirməlidir. Sərhədçilər funksiyasını Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Avrasiya İqtisadi İttifaqının üzv dövlətləri üzərinə götürməlidir. Mən Avrasiya İqtisadi İttifaqını təsadüfən yada salmadım. Çünki Rusiya və Qazaxıstanın təklifi ilə Azərbaycanın bu ittifaqla yaxınlaşması münaqişənin nizama salınmasında gizli bəndlərdən biridir”.

V. Arkov hesab edir ki, münaqişə zonasında sülhməramlıların yerləşdirilməsi Azərbaycan və Ermənistan hərbiçiləri arasında toqquşmaları minimuma sala bilər.

Oxunub 154 dəfə
Bazar ertəsi, 09 Yanvar 2017 13:52 Yazan  Kateqoriya: Siyasət No comment

ufuqi-cut-banner-1-sol

ufuqi-cut-banner-2-sol

ufuqi-cut-banner-3-sol

ufuqi-cut-banner-1-sag

ufuqi-cut-banner-2-sag

ufuqi-cut-banner-3-sag