Cümə, 14 Avqust 2020 12:51
Baku booked.net
+27°C

High: +27°

Low: +27°

Sun, 21.06.2020
Дизайн без названия
advanced divider

Əfqanıstanın dövlət başçısı Prezident İlham Əliyevə zəng etdi

Share on facebook
Share on twitter
Share on whatsapp

İyulun 31-də Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

PostNews.Az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilib.

Məhəmməd Əşrəf Qani müqəddəs Qurban bayramı münasibətilə Prezident İlham Əliyevi və xalqımızı təbrik edib, əmin-amanlıq arzulayıb.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib, öz növbəsində Əfqanıstan Prezidentinə və dost Əfqanıstan xalqına bayram münasibətilə təbriklərini, sülh, əmin-amanlıq arzularını çatdırıb.

Əfqanıstan Prezidenti Ermənistan-Azərbaycan sərhədində Ermənistanın təxribatı nəticəsində baş vermiş toqquşmalarda Azərbaycan hərbçilərinin və mülki şəxsin həlak olması ilə bağlı başsağlığı verib və vurğulayıb ki, Əfqanıstan bu məsələdə Azərbaycanın yanındadır. Məhəmməd Əşrəf Qani bir daha Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı ölkəsinin mövqeyini diqqətə çatdırıb.

Prezident İlham Əliyev bu qardaşlıq mövqeyinə görə minnətdarlığını bildirib, Əfqanıstanın həm birbaşa olaraq, həm də Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində sərhəddə toqquşmalar zamanı Azərbaycana göstərdiyi dəstəyi yüksək qiymətləndirib.

Söhbət zamanı ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə edilib, bu yaxınlarda Azərbaycan-Əfqanıstan-Türkmənistan prezidentlərinin videoformatda keçirilən sammiti çərçivəsində qəbul edilmiş qərarların həyata keçiriləcəyinə əminlik ifadə olunub.

Share on facebook
Share on twitter
Share on whatsapp

BÜTÜN XƏBƏRLƏR

XƏBƏR LENTİ

ƏN ÇOX OXUNANLAR

ARXİV

Avqust 2020
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31