Cümə, 14 Avqust 2020 11:44
Baku booked.net
+27°C

High: +27°

Low: +27°

Sun, 21.06.2020
Дизайн без названия
advanced divider

1 Avqust – Azərbaycan Əlifbası Günüdür

Share on facebook
Share on twitter
Share on whatsapp

Bu gün Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. 1 avqust tarixinin seçilməsi də təsadüfi olmamışdır, belə ki həmin gün 1990-cı ildə Azərbaycan Əlifba Komissiyası yaradılmışdır.

Bildiyimiz kimi, XX əsrin 90-cı illərində ölkəmizdə əlifba islahatının aparılmasında görkəmli dilçi alimi, müasir Azərbaycan Əlifbasının müəllifi, əməkdar elm xadimi, dövlət mükafatı laureatı, akademik Afad Qurbanov latın qrafikalı yeni müstəqil əlifbaya keçməyin zəruriliyini elmi faktlarla əsaslandıran ilk alim olmuşdur. Onun təşəbbüsü ilə 1 avqust 1990-cı ildə Azərbaycan Əlifba Komissiyası yaradılmış və əlifba mütəxəssisi kimi bilik və bacarığı nəzərə alınaraq Afad Qurbanov komissiyanın sədri təyin edilmişdir.

Hər bir xalqın milli mədəniyyətinin tərkib hissələrindən birini həmin xalqın əlifbası, yazı sistemi təşkil edir. Əlifba xalqın mədəniyyət silahı, milli-mənəvi sərvətidir. Mədəni və mükəmməl əlifba əsasında aparılan yazı sistemi xalqın maddi-mədəni nailiyyətlərinin yaranmasında, yaşamasında və inkişaf etməsində başlıca rol oynayır, xalqın dilinin, elmi əlaqələrinin və digər zəruri fəaliyyət sahələrinin tərəqqisinə xidmət edir.

Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adət və ənənələrini unutmamalı, onları təbliğ etməli, və eləcə də, bügünkü əlifbamızın müəllifinin məşhur dilçi akademik Afad Qurbanovun olduğunu bilməlidi.

Share on facebook
Share on twitter
Share on whatsapp

BÜTÜN XƏBƏRLƏR

XƏBƏR LENTİ

ƏN ÇOX OXUNANLAR

ARXİV

Avqust 2020
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31