Bazar, 6 Dekabr 2020 01:49
Baku booked.net
+27°C

High: +27°

Low: +27°

Sun, 21.06.2020
advanced divider

“A Haber”in müxbiri: “Bura Şuşadır. Bura qanla alındı” – VİDEO – FOTO

Share on facebook
Share on twitter
Share on whatsapp

“Azərbaycan dünya hərb tarixinə adını qızıl hərflərlə yazdı”

Bunu PostNews.Az-a açıqlamasında Azərbaycana ezam olunmuş Türkiyənin “A Haber” telekanalının müxbiri Kərim Ulak ikinci Dağlıq Qarabağ müharibəsini şərh edərkən deyib. O, belə uğurun dünyada başqa nümunəsi olmadığını söyləyib:

“Bir yer düşünün: 1800 metr yüksəklikdədir və həmin yerə yol ilə getmək mümkün deyil. Ora kəndirlə qalxırsınız. Üstəlik, yanınızda şəhid olan dostunuzu da belinizdə qaldırırsınız. Bura Şuşadır. Bura qanla alındı. Ümumiyyətlə, Azərbaycan ordusu Qarabağı 44 gün ərzində işğaldan azad etdi. Belə uğurun dünyada başqa nümunəsi yoxdur!”

Bundan başqa K.Ulak Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında döyüş əməliyyatlarının dayandırılması haqqında bəyanatı dəyərləndirib. O, bildirib ki, Qarabağda rus sülhməramlılarına ehtiyyac qalmayacaq:

“Orada rus sülhməramlıları erməniləri qorumaq üçün yerləşdirilib. Amma həmin bölgədə erməni qalmayıb və heç biri ora gəlmək istəmir. Yəni qoruyacaqları bir erməni yoxdur. Rusiya xarici işlər naziri Sergey Lavrov ermənilərə yalvarır ki, Xankəndinə dönün. Çünki orada erməni olmasa, rus sülhməramlılarının qalması üçün səbəb də olmayacaq”.

“Azərbaycanlı qardaşlarımla birlikdə güldük, ağladıq” deyən K.Ulak, onu da əlavə edib ki, 50 gündür Qarabağda olmaqla cəbhədə hər şeyi görüb və yaşayıb. Qələbə sevincini fəxrlə söyləyən müxbir fikirlərini təəssüratlarla yekunlaşdırıb.

PostNews.Az xəbər portalı türk jurnalistin müsahibəsini təqdim edir.

ANAR NURUZADƏ
PostNews.Az

Share on facebook
Share on twitter
Share on whatsapp

BÜTÜN XƏBƏRLƏR

XƏBƏR LENTİ

ƏN ÇOX OXUNANLAR

ARXİV

Dekabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031