Cümə, 25 Sentyabr 2020 06:54
Baku booked.net
+27°C

High: +27°

Low: +27°

Sun, 21.06.2020
advanced divider

Azərbaycan – Lüksemburq matçı başqa ölkədə keçirilə bilər

Share on facebook
Share on twitter
Share on whatsapp

 Azərbaycan millisinin UEFA Millətlər Liqasında Lüksemburqla ev matçı neytral meydanda keçirilə bilər.

PostNews.Az Goal.az-a istanadən  xəbər verir ki, bu barədə “Wort.lu” saytı iddia irəli sürüb. UEFA 15 – 20 avqustda videokonfrans formatındakı iclasında Millət Liqası ilə bağlı yekun qərarını açıqlayacaq.

Nəşr qarşılaşmanın başqa ölkədə keçirilmə ehtimalının olduğunu yazıb. Buna səbəb Azərbaycana girişlə bağlı bəzi məhdudiyyətlərin olması göstərilib.

Lüksemburq Futbol Federasiyasının (FLF) prezidenti Paul Filipp bildirib ki, bu məsələ müzakirə edilməlidir. 69 yaşlı funksioner pulu geri ala bilməyəcəkləri üçün hələ ki, çarter reysi sifariş etmək istəmədiklərini deyib. Filipp UEFA-nın milli assosiasiyalarla təmasda olduğunu xatırladıb: “Xarici İşlər Nazirliyi Lüksemburqda hansısa komandanı qəbul edə biləcəyimizə təminat verib”.

Qeyd edək ki, Canni De Byazinin baş məşqçi olduğu Azərbaycan yığması Millətlər Liqasındakı ilk matçını sentyabrın 5-də Bakı Olimpiya Stadionunda Lüksemburqa qarşı keçirməlidir. (report)

Share on facebook
Share on twitter
Share on whatsapp

BÜTÜN XƏBƏRLƏR

XƏBƏR LENTİ

ƏN ÇOX OXUNANLAR

ARXİV

Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930