Cümə axşamı, 22 Oktyabr 2020 16:52
Baku booked.net
+27°C

High: +27°

Low: +27°

Sun, 21.06.2020
advanced divider

“Azərişıq” və “Azəriqaz” rəhbərləri Gəncədə erməni terroru nəticəsində dağıdılmış evlərə baş çəkib – FOTO

Share on facebook
Share on twitter
Share on whatsapp

Bu gün “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Gəncə şəhərində olub və Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində dağıdılmış evlərə baş çəkib.

“Azərişıq” ASC-nin Mətbuat Xidmətindən PostNews.Az-a verilən məlumata görə, V.Əhmədova hadisənin şəhərin elektrik enerjisi təsərrüfatına dəymiş ziyan barədə ətraflı məlumat verilib. Sədr isə öz növbəsində dəymiş ziyanın nəticələrinin tez bir zamanda aradan qaldırılmasını üçün ərazidə işləyən “Azərişıq” əməkdaşlarına tapşırıq və tövsiyələrini verib.

Həmçinin bildirilib ki, ərazini 24 saat fasiləsiz keyfiyyətli elektrik enerjisi ilə təchiz etmək üçün əraziyə yeni yüksəkgərginlikli xəttin çəkilişi nəzərdə tutulur.

Qeyd edək ki, hadisə yerində Vüqar Əhmədovla birgə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev də olub.

Xatırladaq ki, oktyabrın 17-də Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini ağır artilleriya silahlarından atəşə tutması nəticəsində 13 nəfər həlak olub, 48 nəfər yaralanıb.

Share on facebook
Share on twitter
Share on whatsapp

BÜTÜN XƏBƏRLƏR

XƏBƏR LENTİ

ƏN ÇOX OXUNANLAR

ARXİV

Oktyabr 2020
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031