Bazar, 29 Noyabr 2020 05:48
Baku booked.net
+27°C

High: +27°

Low: +27°

Sun, 21.06.2020
advanced divider

Bakıda 21, rayonlarda 23 dərəcə isti olacaq

Share on facebook
Share on twitter
Share on whatsapp

Oktyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin PostNews.Az-a verdiyi məlumata görə, oktyabrın 23-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 19-22, Bakıda gecə 13-15, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək .

Oktyabrın 23-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-13, gündüz 18-23, dağlarda gecə 2-7, gündüz 10-14 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz
Oktyabrın 23-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Share on facebook
Share on twitter
Share on whatsapp

BÜTÜN XƏBƏRLƏR

XƏBƏR LENTİ

ƏN ÇOX OXUNANLAR

ARXİV

Noyabr 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30