Bazar, 6 Dekabr 2020 02:17
Baku booked.net
+27°C

High: +27°

Low: +27°

Sun, 21.06.2020
advanced divider

Britaniya parlamentlərarası dostluq qrupunun sədri Prezident İlham Əliyevi təbrik edib

Share on facebook
Share on twitter
Share on whatsapp

Böyük Britaniya parlamentində Azərbaycanla dostluq qrupunun sədri Bob Bləkmən Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib.

PostNews.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident. Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri kimi Sizi tarixi sülh razılaşmasının imzalanması münasibətilə təbrik edirəm.

Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupu Azərbaycanın tarixi torpaqlarının geri qaytarılmasını nəzərdə tutan bu sülh razılaşmasını ürəkdən alqışlayır.

Biz, həmçinin yeni razılaşmaya əsasən Dağlıq Qarabağın Azərbaycana qaytarılması və Ermənistanın silahlı qüvvələrini bir neçə həftə ərzində ətraf ərazilərdən çıxarması barədə xəbərdən məmnunuq.

Cənab Prezident, münaqişə müddətində təmkinli və qətiyyətli davranmağınız münasibətilə Sizi və Azərbaycan xalqını təbrik edirik. Biz Azərbaycanın Böyük Britaniya parlamentindəki dostları olaraq bu münaqişə ilə bağlı təbliğat aparılması və Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılması istiqamətində səylərimizi bundan sonra da davam etdirəcəyimizi bir daha vurğulayırıq”.

Share on facebook
Share on twitter
Share on whatsapp

BÜTÜN XƏBƏRLƏR

XƏBƏR LENTİ

ƏN ÇOX OXUNANLAR

ARXİV

Dekabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031