Bazar, 6 Dekabr 2020 02:26
Baku booked.net
+27°C

High: +27°

Low: +27°

Sun, 21.06.2020
advanced divider

COVID-19 vaksininə qarşı məhdudiyyət qoyulacaq

Share on facebook
Share on twitter
Share on whatsapp

Koronavirus pandemiyasına son qoymaq üçün bir peyvənd kifayət deyil. Təhlükəsizlik tədbirlərinin görülməsi, kütləvi testlərin aparılması və yoluxanlarla təmasda olanların yoxlanması əvvəlki tək çox vacibdir.

PostNews.Az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Qebreyesus “Moderna” şirkətinin istehsal etdiyi vaksinlərin effektivliyini müzakirə edərkən bildirib.

Bazar ertəsi KİV-də gedən məlumatına görə, Amerikanın “Moderna” şirkətinin ekspertləri tərəfindən yaradılmış peyvəndin üçüncü, yəni sonuncu, klinik sınaq mərhələsi zamanı onun effektivliyinin 94,5 faiz təşkil etdiyi məlum olub. Sınaqlar zamanı 95 nəfərin koronavirusa yoluxması səbəbindən onlara peyvənd əvəzinə plasebo təyin edilib. Xəstəliyi ağır formada keçirən 11 nəfərin hamısının nəzarət qrupunda olan, yəni plasebo təyin olunmuş pasiyentlərdən ibarət olduğu bildirilir.

Xatırladaq ki, ötən həftə “Pfizer” şirkəti “BioNTech” adlı alman firması ilə birgə hazırladığı vaksinin müsbət təsirə malik olduğunu bəyan etmişdi.

Doktor Tedros, həmçinin bildirib ki, klinik sınaqlar başa çatandan və vaksin bazara çıxarılandan sonra da, ona qarşı məhdudiyyət qoyulacaq.

“Təklifə əvvəldən məhdudiyyət tətbiq ediləcək. Üstünlük ilk növbədə, tibb işçilərinə, qocalara və risk qrupuna daxil olan digər kateqoriyadan olanlara veriləcək. Bu, ölüm hallarının sayını azaltmağa və səhiyyə sistemini dəstəkləməyə imkan verəcək. Lakin bundan sonra virusun yayılması üçün daha çox imkanlar yaranacaq”, – deyə doktor Tedros bildirib.

Share on facebook
Share on twitter
Share on whatsapp

BÜTÜN XƏBƏRLƏR

XƏBƏR LENTİ

ƏN ÇOX OXUNANLAR

ARXİV

Dekabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031