Cümə axşamı, 3 Dekabr 2020 02:51
Baku booked.net
+27°C

High: +27°

Low: +27°

Sun, 21.06.2020
advanced divider

Dağlıq Qarabağda atəşkəs barədə üçtərəfli bəyanatla bağlı təhrifetmə müşahidə olunur – Rusiya XİN

Share on facebook
Share on twitter
Share on whatsapp

Dağlıq Qarabağ məsələsi üzrə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatının reallaşdırılması ilə bağlı susqunluq, bəzən isə təhrifetmə müşahidə olunur.

PostNews.Az Trend-ə istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O bildirib ki, Qərb ölkələrinin üçtərəfli bəyanatla bağlı təmkinli reaksiyası təəccüb doğurur:

“Bir ay, ay yarım əvvəl hamı atəşin dayandırılmasını səbrsizliklə gözləyirdi. Atəşkəs baş tutdu və indi də davam edir. Amma biz Qərbin adətən göstərdiyi tamformatlı reaksiyanı görmürük. Bəzən isə Qərb ölkələrinin nümayəndələrinin açıqlamalarında Rusiyanın rolu ümumiyyətlə qeyd olunmur. Sanki söhbət ikitərəfli bəyanatdan gedir. Təəccüblü olsa da, bu da faktdır”.

Share on facebook
Share on twitter
Share on whatsapp

BÜTÜN XƏBƏRLƏR

XƏBƏR LENTİ

ƏN ÇOX OXUNANLAR

ARXİV

Dekabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031