Cümə axşamı, 3 Dekabr 2020 02:36
Baku booked.net
+27°C

High: +27°

Low: +27°

Sun, 21.06.2020
advanced divider

Erməni həyasızlığı: evsiz gəldi, evlə getdi – FOTO

Share on facebook
Share on twitter
Share on whatsapp

Azərbaycan Ordusu tərəfindən azad olunmuş torpaqlarımızı tərk edən mənfur qonşularımız əllərinə keçən bütün əşyaları maşınlara yükləyib daşıyırlar.

PostNews.Az AZƏRTAC-a istinadən bildirir ki, Qarabağdan qaçan ermənilər evləri belə yerli-dibli çıxararaq yük maşınlarında Ermənistana aparırlar. Erməni vandalları təbii ki, bununla da öz xislətlərini nümayiş etdirirlər. “Associated Press”in fotomüxbirinin noyabrın 18-də çəkdiyi bu kadr ermənilərin həyasızlığının daha bir əyani nümunəsidir.

Hələ bu harasıdır? Ötən günlərdə xarici saytlarda yayımlanan videokadrlarda abır-həyasını itirmiş hayların evdəki unitazları da ikiəlli yapışaraq daşıdıqlarının şahidi olduq. Heç şübhəsiz ki, unitazlar onlara getdikləri yerdə daha lazımlı olacaq.

Dünyaya özlərini əzabkeş kimi qələmə verən ermənilər qaçaqaçda qədim Azərbaycan torpaqlarının fauna və florasını məhv etməyi, meşələrimizi yandırmağı da unutmadılar. Bu azmış kimi, yaşadıqları ərazidə uzun illər istifadə etdikləri heyvanlara da qənim kəsildilər. Mal-qaranın bir qismini maşınlara yükləyən rəzil ermənilər yazıq eşşəklərə rəhm etməyərək qanlarına qəltan etdilər. Nədənsə maşında onlara yer tapmayaraq sözün əsl mənasında genosidə uğratdılar. Yəqin fikirləşiblər ki, Ermənistanda uzunqulaqlardan çoxdur.

Bəzi siyasi analitiklərin fikrincə, bu hadisələr həm də onu göstərir ki, haylar bir daha qədim Azərbaycan torpaqlarına dönməyəcəklərindən əmindirlər.

Share on facebook
Share on twitter
Share on whatsapp

BÜTÜN XƏBƏRLƏR

XƏBƏR LENTİ

ƏN ÇOX OXUNANLAR

ARXİV

Dekabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031