Çərşənbə, 25 Noyabr 2020 23:33
Baku booked.net
+27°C

High: +27°

Low: +27°

Sun, 21.06.2020
advanced divider

“Eurovision-2021” üçün yeni qaydalar açıqlandı

Share on facebook
Share on twitter
Share on whatsapp

“Eurovision” beynəlxalq musiqi yarışmasının təşkilatçıları 2021-ci ildə keçirilmə qaydalarını açıqladılar.

PostNews.Az xəbər verir ki, bu barədə “Eurovision” rəsmi saytında məlumat yer alıb.

Yeni qaydalara görə, sənətçilər “Eurovision-2021″də canlı ifa edə bilməyəcəkləri təqdirdə əvvəlcədən qeydlərini yazmalı olacaqlar. Hər bir ölkənin milli yayımçısı “Eurovision” mahnı yarışması üçün klipin çəkilməsindən məsul olacaq, müsabiqə təşkilatçıları isə onlayn səs yazısını izləyərək müsabiqənin ədalətli olmasını təmin edəcəklər.

Xatırladaq ki, bundan əvvəl “Eurovision” təşkilatçıları 2021-ci ildə keçiriləcək tədbir üçün dörd ssenari təqdim etmişdilər. Yarışın formatı dünyadakı epidemioloji vəziyyətdən asılı olacaq.

Qeyd edək ki, “Eurovision” müsabiqəsinin tamamilə onlayn keçirilməsi ehtimalı da nəzərdən keçirilir. (publika.az)

 

Share on facebook
Share on twitter
Share on whatsapp

BÜTÜN XƏBƏRLƏR

XƏBƏR LENTİ

ƏN ÇOX OXUNANLAR

ARXİV

Noyabr 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30