Cümə, 14 Avqust 2020 12:10
Baku booked.net
+27°C

High: +27°

Low: +27°

Sun, 21.06.2020
Дизайн без названия
advanced divider

FİDE-nin yeni reytinqi açıqlandı

Share on facebook
Share on twitter
Share on whatsapp

 Beynəlxalq Şahmat Federasiyası (FİDE) növbəti reytinq cədvəlini açıqlayıb.

PostNews.Az Goal.az-a istinadən xəbər verir ki, 100 şahmatçının yer aldığı reytinqin ilk 10-luğunda bir azərbaycanlı təmsilçi yer alıb. Teymur Rəcəbov yeni reytinqə əsasən 9-cu pillədə qərarlaşıb. Digər təmsilçimiz Şəhriyar Məmmədyarov isə 11-ci pillədə qalıb.

Azərbaycanın digər təmsilçiləri – Qədir Hüseynov 72-ci, Nicat Abbasov 74-cü pillədə qərarlaşıb. Rauf Məmmədov isə 2 pillə geriləyərək, 91-ci pillədə yer alıb.

Reytinq cədvəlinə liderliyi Maqnus Karlsen edir.

Qadın şahmatçılar arasında isə Günay Məmmədzadə 29-cu, bir pillə irəliləyən Gülnar Məmmədova 75-ci, Xanım Balacayeva isə bir pillə irəliləyərək, 86-cı pillədə qərarlaşıb.

Share on facebook
Share on twitter
Share on whatsapp

BÜTÜN XƏBƏRLƏR

XƏBƏR LENTİ

ƏN ÇOX OXUNANLAR

ARXİV

Avqust 2020
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31