Bazar ertəsi, 26 Oktyabr 2020 01:50
Baku booked.net
+27°C

High: +27°

Low: +27°

Sun, 21.06.2020
advanced divider

“İnsanların ah-naləsi yerdə qalmayacaq”

Share on facebook
Share on twitter
Share on whatsapp

Erməni hərbi birləşmələri xain siyasətindən əl çəkmir.

PostNews.Az bildirir ki, Trend-in Gəncədə olan müxbirinin verdiyi məlumata görə, bunu bu gün diplomatik korpus nümayəndələri ilə birlikdə Gəncədə terror törədilən əraziyə gələn Prezdentin köməkçisi Hikmət Hacıyev deyib. O bildirib ki, erməni hərbi birləşmələri mülki şəxslərə xaincəsinə hücumlar edirlər:

“Bu dəfə də eyni hücum etdilər. Onlar hücumlarda keçən dəfə də raketlərdən istifadə etdilər bu dəfə də. Birinci dəfə də SCAD raketindəbn istifadə etdilər, bu dəfə də çox böyük dağıntı gücünə malik olan SCAD raketindən istifadə ediblər ki, onların da məqsədi insanlar arasdında qırğına səbəb olmaq, Gəncə əhalisi arasında, ölkəmizin vətəndaşları arasında təşviş yaratmaqdır. Amma onlar bununla heç vaxt məqsədlərinə nail ola bilməyəcəklər. Azərbaycan xalqının bu gün qəti bir əzmi var. Qəti əzmimiz ondan ibarətdir ki, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan torpaqları işğaldan azad edilsin. Amma onlar bu mənfur cinayətlərini gizlətmək üçün beynəlxalq ictimaiyyəti aldatmaq, yalan və dezinformasiya və propaqanda kimi məlumatlar yaymaqdadırlar”.

Prezidentin köməkçisi bildirib ki, Azərbaycan Respublikasında akkreditasiya olunan xarici ölkə səfirliklərinin əməkdaşları, beynəlxalq təşkilatların nümayəndələri, hərbi atteşelər yenə də Gəncə şəhərinə gələrək Ermənistan silahlı qüvvələrinin Gəncədə alçaqcasına, xaincəsiə şərəfcəsinə törətdikləri cinayətlərlə yerindəcə tanış olublar: “İnsanların ah-naləsi yerdə qalmayacaq. Bu faktlar beynəlxalq ictimaiyyətə çatdırılır. Vətən müharibəmizdə Gəncənin şəhidləri var və eyni zamanda da mülki insanlar arasında şəhidlərimiz var”.

Share on facebook
Share on twitter
Share on whatsapp

BÜTÜN XƏBƏRLƏR

XƏBƏR LENTİ

ƏN ÇOX OXUNANLAR

ARXİV

Oktyabr 2020
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031