Çərşənbə, 25 Noyabr 2020 20:32
Baku booked.net
+27°C

High: +27°

Low: +27°

Sun, 21.06.2020
advanced divider

İran xarici işlər nazirinin Azərbaycana səfəri təxirə salınıb

Share on facebook
Share on twitter
Share on whatsapp

İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin Rusiya və Azərbaycana səfəri təxirə salınıb.

PostNews.Az Trend-ə istinadən bildirir ki, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə deyib.

Onun sözlərinə görə, həftə ərzində İranın gələn ilki dövlət büdcəsi ilə əlaqədar hökumətin fövqəladə iclasları təşkil olunacaq və bununla əlaqədar bütün nazirlər və hökumət üzvlərinin iclaslarda iştirak etməsi zəruridir.

S.Xətibzadə əlavə edib ki, bu səbəbdən İran xarici işlər nazirinin Moskva və Bakıya səfəri təxirə salınıb.

Qeyd edək ki, İran XİN-in mətbuat katibi 19 noyabrda bildirmişdi ki, İran xarici işlər naziri 23-24 noyabrda Rusiya və Azərbaycana səfər edəcək.

Share on facebook
Share on twitter
Share on whatsapp

BÜTÜN XƏBƏRLƏR

XƏBƏR LENTİ

ƏN ÇOX OXUNANLAR

ARXİV

Noyabr 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30