Cümə, 14 Avqust 2020 11:37
Baku booked.net
+27°C

High: +27°

Low: +27°

Sun, 21.06.2020
Дизайн без названия
advanced divider

İsmayıllıda “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin tikintisinə vəsait ayrıldı – SƏRƏNCAM

Share on facebook
Share on twitter
Share on whatsapp

Prezident İlham Əliyev İsmayıllı rayonu ərazisində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

PostNews.Az AZƏRTAC-a istinadən xəbər verir ki, İsmayıllı rayonu ərazisində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin layihələndirilməsi, ərazisinin genişləndirilməsi ilə bağlı köçürülmə və tikinti işlərinin aparılması üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ilkin olaraq 500,0 (beş yüz) min manat ayrılsın.

Maliyyə Nazirliyinə tapşırılır ki, bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsində bu Sərəncamın 1-ci hissəsində göstərilən Mərkəzin tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutmaq tapşırılır.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Share on facebook
Share on twitter
Share on whatsapp

BÜTÜN XƏBƏRLƏR

XƏBƏR LENTİ

ƏN ÇOX OXUNANLAR

ARXİV

Avqust 2020
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31