Çərşənbə, 25 Noyabr 2020 23:54
Baku booked.net
+27°C

High: +27°

Low: +27°

Sun, 21.06.2020
advanced divider

“Kəlbəcərdə məktəb binasının direktor tərəfindən yandırılması vandalizmdir” – Nazir – VİDEO

Share on facebook
Share on twitter
Share on whatsapp

Kəlbəcərdə qanunsuz məskunlaşdırılmış ermənilərin köçürülməsi zamanı direktorun məktəbi nümayişkaranə şəkildə yandırması təəssüf doğurur və vandalizmdir.

PostNews.Az Trend-ə istinadən bildirir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib.

Nazir qeyd edib ki, bütün bu hallar onlar tərəfindən sənədləşdirilir və müvafiq kanallarla beynəlxalq təşkilatlara çatdırılır.

E.Əmrullayev əlavə edib ki, ermənilər ərazilərimizi işğal edən zaman oranı tək edən azərbaycanlılar məktəbə, eləcə də digər infrastruktura toxunmamışdı. İndi isə işğal altında olmuş Cəbrayılda, Füzulidə, Qubadlıda bütün infrastruktur yerlə-yeksan edilib.

Nazir bunu da təəssüflə qeyd edib ki, Azərbaycanda 10 nəfər şagird düşmən tərəfindən atılan raket hücumları nəticəsində həlak olub. Müharibə dövründə 340 min şagirdin təhsil aldığı məktəblər risk zonasına daxil olduğundan orada təhsilin təşkili, ümumiyyətlə, mümkün olmayıb. Düşmənin atdığı raket zərbələrindən 50 məktəb bu və ya digər dərəcədə zərər görüb. Bəzi məktəblər isə, ümumiyyətlə, yararsız hala düşüb.

http://

Share on facebook
Share on twitter
Share on whatsapp

BÜTÜN XƏBƏRLƏR

XƏBƏR LENTİ

ƏN ÇOX OXUNANLAR

ARXİV

Noyabr 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30