Bazar, 6 Dekabr 2020 02:52
Baku booked.net
+27°C

High: +27°

Low: +27°

Sun, 21.06.2020
advanced divider

Laçın dəhlizindəki sülhməramlıların yeni VİDEOsu yayıldı

Share on facebook
Share on twitter
Share on whatsapp

Rusiya sülhməramlıları Dağlıq Qarabağdakı Laçın dəhlizi boyunca mülki nəqliyyat vasitələrinin təhlükəsizliyini təmin edirlər.

PostNews.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, sülhməramlı kontingentin hərbi personalı müşahidə məntəqələrindən keçən bütün avtomobilləri yoxlayır, hərbi polis bölmələri isə Laçın dəhlizindən Xankəndiyə gedən yola marşrut boyu nəzarət edirlər.

Sülhməramlı missiyanın həyata keçirildiyi ərazilərdə vəziyyətin gecə-gündüz izlənməsi və atəşkəs rejiminə əməl olunmasına nəzarət 23 müşahidə məntəqəsində sülhməramlı bölmələr tərəfindən həyata keçirilir. Cənub zonasında 12, şimal zonasında 11 müşahidə postu qurulub.

Qeyd edək ki, Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir.

http://

Share on facebook
Share on twitter
Share on whatsapp

BÜTÜN XƏBƏRLƏR

XƏBƏR LENTİ

ƏN ÇOX OXUNANLAR

ARXİV

Dekabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031