Bazar, 25 Oktyabr 2020 23:10
Baku booked.net
+27°C

High: +27°

Low: +27°

Sun, 21.06.2020
advanced divider

“Məşhur olmaq üçün onu öldürdüm” – FOTO

Share on facebook
Share on twitter
Share on whatsapp

“The Beatles”in qurucularından olan Con Lennonun qatili Mark Çepmen 40 il sonra açıqlama verib.

PostNews.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Nyu-Yorkdakı “Wenda” Cəzaçəkmə Müəssisəsindəki şərti cəza iclasında çıxış edən məhkum sənətçinin həyat yoldaşı Yoko Onodan üzr istəyib. O, məşhur olmaq üçün Conu güllələdiyini etiraf edib:

“Demək istəyirəm ki, cinayətimə görə üzr istəyirəm. Bəhanəm yoxdur. Bunu məşhur olmaq üçün etdim. Con çox məşhur idi. Və mən onu xarakterinə və ya necə bir insan olduğuna görə öldürmədim. Hesab edirəm ki, bu, günahsız bir şəxsə qarşı törədilən ən pis cinayətdir.

Onu öldürdüm, çünki o, çox məşhur idi və yeganə səbəb bu idi. Və mən şöhrət axtarırdım, eqoist idim. Bunun son dərəcə eqoist bir hərəkət olduğunu xüsusilə vurğulamaq istəyirəm. Xanımına yaşatdığım kədərə görə üzr istəyirəm. Mənə ölüm hökmünün verilməsini xahiş edirəm”.

Qeyd edək ki, 8 dekabr 1980-ci ildə Mark Çepman Lennona Manhattanda ailəsi ilə birlikdə yaşadığı evin yaxınlığında beş dəfə atəş açmışdı. Musiqiçi dərhal xəstəxanaya aparılmış, lakin çox keçmədən qan itkisindən vəfat etmişdi.

M. Çepmana isə ömürlük həbs verilmişdi.

Share on facebook
Share on twitter
Share on whatsapp

BÜTÜN XƏBƏRLƏR

XƏBƏR LENTİ

ƏN ÇOX OXUNANLAR

ARXİV

Oktyabr 2020
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031