Cümə, 25 Sentyabr 2020 08:16
Baku booked.net
+27°C

High: +27°

Low: +27°

Sun, 21.06.2020
advanced divider

Mahsun Kırımızgülə görə din simsarları necə milyarder oldular? – VİDEO – FOTOFAKT

Share on facebook
Share on twitter
Share on whatsapp

“Özünü peyğəmbər yerinə qoyan şarlatanlardan uşaqlarınızı qoruyun.”

PostNews.Az-ın məlumatına görə, bunu Türkiyənin məşhur müğənnisi, rejissoru və aktyoru Mahsun Kırımızıgül “İnstaqram” səhifəsində müəllifi olduğu “Vəzir barmağı” filmindən çox qısa bir hissəni paylaşaraq fikrini qeyd edib. M.Kırmızıgül filmdə Azərbaycanın klassik şairi Mirzə Ələkbər Sabirin “Qorxuram” şeirini tərəf müqabilləriylə birgə səsləndirdiyi hissəni paylaşıb:

“Gələcəyi bu dünya yerinə axirətdə axtarmağı müritlərinə əmr edən din simsarları inanclı insanları istifadə edərək milyarder oldular. “Vəzir barmağı” filmində saxtakar olan Kadı əfəndiyə həsr olunmuş əsər sizlərlə.

Söz: Mirzə Ələkbər Sabir, Musiqi: Yavuz Top”.

Qeyd edək ki, 2017-ci ildə komediya janrında çəkilən filmdə yayılan kadrlarda aktyorlar həmin şeiri Anadolu türkcəsində səsləndiriblər. Diqqətçəkən məqamlardan biri də odur ki, şeirdəki “Harda müsəlman görürəm, qorxuram” misrası çıxarılıb.

PostNews.Az Mirzə Ələkbər Sabirin “Qorxmuram” şeirini həm Anadolu türkcəsində, həm də orijinal versiyasını təqdim edir.

Şeirin Anadolu türkcəsində olan versiyası:

Aybalaaaam
Şafak vakti düşirem ben
Çöllere bala çöllere bala çöllere
Kükremiş aslan görirem
Kan giyen sırtlan görirem
Dalgalı umman görirem
Cin görirem can görirem
Mezerde hortlak görirem
Bin türlü tufan görirem
Gullibi yaban görirem korkmirem
Korkmirem bala korkmirem

Aybalaaaam
Bu korkmamazlığım ile
Vallahi bala billahi bala tillahi bala
Harda bir yobaz görirem
Harda bir softa görirem
Harda bir molla görirem
Korkirem bala korkirem bala korkirem
Korkirem bala korkirem
Dalgalı fikirlerinden
Riyakâr zikirlerinden
Korkirem bala korkirem bala korkirem
Korkirem bala korkirem

Şeirin original versiyası:

Payi-piyadə düşürəm çöllərə, —
Xari-müğilan görürəm, qorxmuram.

Seyr edirəm bərrü biyabanları, —
Quli-biyaban görürəm, qorxmuram.

Gah oluram bəhrdə zövrəqnişin, —
Dalğalı tufan görürəm, qorxmuram.

Gah çıxıram sahilə, hər yanda min
Vəhşiyi-ğürran görürəm, qorxmuram.

Gah şəfəq tək düşürəm dağlara, —
Yanğılı vulkan görürəm, qorxmuram.

Gah enirəm sayə tək ormanlara, —
Yırtıcı heyvan görürəm, qorxmuram.

Üz qoyuram gah neyistanlara, —
Bir sürü aslan görürəm, qorxmuram.

Məqbərəlikdə edirəm gah məkan, —
Qəbirdə xortdan görürəm, qorxmuram.

Mənzil olur gah mənə viranələr, —
Cin görürəm, can görürəm, qorxmuram.

Xarici mülkündə də hətta gəzib
Çox tuhaf insan görürəm, qorxmuram.

Bu küreyi-ərzdə mən, müxtəsər,
Müxtəlif əlvan görürəm, qorxmuram.

Leyk, bu qorxmazlıq ilə, doğrusu,
Ay dadaş, vallahi, billahi, tallahi,
Harda müsəlman görürəm, qorxuram!….

Bisəbəb qorxmayıram, vəchi var:
Neyləyim axır, bu yox olmuşların

Fikrini qan-qan görürəm, qorxuram,
Qorxuram, qorxuram, qorxuram!….

FUAD MƏDƏTOV

Share on facebook
Share on twitter
Share on whatsapp

BÜTÜN XƏBƏRLƏR

XƏBƏR LENTİ

ƏN ÇOX OXUNANLAR

ARXİV

Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930