Cümə axşamı, 24 Sentyabr 2020 11:45
Baku booked.net
+27°C

High: +27°

Low: +27°

Sun, 21.06.2020
advanced divider

Mübariz Mənsimovun məhkəməsinin müddəti uzadıldı – EKSKLÜZİV

Share on facebook
Share on twitter
Share on whatsapp

Türkiyədə həbs olunan azərbaycanlı iş adamı, “Palmali” şirkətinin prezidenti Mübariz Mənsimovun məhkəmə prosesi başa çatıb. 

PostNews.Az-ın verdiyi məlumata görə, İstanbul 27. Ağır Cəza Məhkəməsində ona qarşı olan ittihamları qəbul etməyib və bunu əsassız adlandırıb. Mübariz Mənsimovun məhkəmə prosesi 2 saatdan artıq davam edib. Hakimin qərarına əsasən əlavə dəlillərin toplanılması və məhkəməyə sənədlərin təqdim edilməsi üçün Mübariz Mənsimovun məhkəməsi dekabrın 8-nə qədər uzadılıb.

Qeyd edək ki, azərbaycanlı iş adamına qarşı FETÖ terror təşkilatına üzv olmaqla bağlı rəsmi ittiham irəli sürülmüşdü.

M.Mənsimovun ictimaiyyətin diqqətində olmasına səbəb daha çox xeyriyyə əməlləriylə diqqət çəkməsi olub. Belə ki, hər il ənənəvi olaraq azərbaycanlı tələbələrə il içərisində iki dəfə olmaqla tələbəni dəstəkləmək və təşviq etmək üçün təqaüd proqramı təqdim edib. Bu proqrama əsasən Şəhid, Qarabağ müharibəsi veteranlarının və məcburi köçkün ailələrindən olan tələbələrə üstünlük verilib. Hazırda Türkiyədə 20.000 minə yaxın tələbə bu təqaüd proqramından yararlanır.

FUAD MƏDƏTOV

Share on facebook
Share on twitter
Share on whatsapp

BÜTÜN XƏBƏRLƏR

XƏBƏR LENTİ

ƏN ÇOX OXUNANLAR

ARXİV

Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930