Cümə, 25 Sentyabr 2020 07:46
Baku booked.net
+27°C

High: +27°

Low: +27°

Sun, 21.06.2020
advanced divider

Nura Suri yeni işinə görə şou-biznesi tərk etdi? – FOTO – AÇIQLAMA

Share on facebook
Share on twitter
Share on whatsapp

“Əslində çoxdan bu kimi işlərlə məşqul olmuşam. Sadəcə olaraq, indi niyə belə reaksiya verdiklərini anlamıram. Bu mənə təəccüblü gəlir.”

Bunu PostNews.Az-a açıqlamasında Azərbaycanda fəaliyyət göstərən tikinti şirkətlərinin birində yeni işə düzələn müğənni Nura Suri deyib. O, bildirib ki, bu işlə ilk dəfə məşğul olmadığını söyləyib:

“Daha əvvəllər də müğənnilikdən başqa bir çox şirkətlərlə əməkdaşlıq etmişəm, dünyaca məşhur restoranlarda tanınmış aşbazlarla yemək də bişirmişəm. Aparıcılıq da etmişəm, məqalələr də yazmışam və mütəmadi olaraq, sadaladığım sahələr haqqında da paylaşımlar etmişəm. Bu, əslində normal bir işdir. Mən tikintidə tikinti ilə deyil, reklam işləri ilə məşğul oluram.”

N.Suri onu da əlavə edib ki, yeni işi yaradıcılığına maneə olmur:

“Bu işlərin sənətimə heç bir mənfi təsiri yoxdur və hazırda 3 yeni mahnım var. Bu günün dəbinə uyğun mahnılardır. Sadəcə olaraq, mövcud vəziyyəti-karantin rejimini nəzərə aldığım üçün işıqlandıra bilmirəm.”

Share on facebook
Share on twitter
Share on whatsapp

BÜTÜN XƏBƏRLƏR

XƏBƏR LENTİ

ƏN ÇOX OXUNANLAR

ARXİV

Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930