Bazar, 25 Oktyabr 2020 23:13
Baku booked.net
+27°C

High: +27°

Low: +27°

Sun, 21.06.2020
advanced divider

Qəza törədən azərbaycanlı repçi həbs olundu

Share on facebook
Share on twitter
Share on whatsapp

İki gün əvvəl Moskvanın mərkəzində yol-nəqliyyat hadisəsi törətmiş azərbaycanlı repçi Elmin Quliyev həbs olunub.

PostNews.Az axşam.az-a istinadən bildirir ki, Rusiyanın Tqansk rayon məhkəməsi sənətçinin 2 ay, yəni noyabrın 21-dək həbs olunması haqda qərar qəbul edib.

Elmin Quliyev məhkəmədə təqsirini etiraf edib və musiqidən qazandığı gəlirlə zərərçəkənlərə təzminat ödəməyə hazır olduğunu deyib. Repçinin vəkili hakimdən onu ev dustaqlığı şərti ilə azadlığa buraxmağı xahiş etsə də, məhkəmə vəsatəti rədd edib.

Qeyd edək ki, 3 şəxsin yaralandığı qəzada bir qızın vəziyyəti daha ağırdır. Qızın iki gün əvvəl ayağının biri, daha sonra isə böyrəklərindən biri kəsilib.

Xatırladaq ki, musiqiçinin idarə etdiyi “İnfiniti” markalı avtomobil başqa bir maşınla toqquşub. Elminin idarə etdiyi maşın yoldan çıxaraq səkidəki sərnişinləri vurub.

Share on facebook
Share on twitter
Share on whatsapp

BÜTÜN XƏBƏRLƏR

XƏBƏR LENTİ

ƏN ÇOX OXUNANLAR

ARXİV

Oktyabr 2020
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031