Bazar, 6 Dekabr 2020 02:48
Baku booked.net
+27°C

High: +27°

Low: +27°

Sun, 21.06.2020
advanced divider

Qarabağa 170-dən çox uçuş həyata keçirilib – Rusiya MN

Share on facebook
Share on twitter
Share on whatsapp

Rusiya Müdafiə Nazirliyi Rusiya sülhməramlılarının Dağlıq Qarabağ münaqişəsi zonasında tapşırıqların yerinə yetirildiyi əraziyə köçürülməsini davam etdirir.

PostNews.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında məlumat verilib.

Sülhməramlı kontingentin şəxsi heyətinin, hərbi texnikasının və maddi əmlakının köçürülməsi Rusiya hərbi nəqliyyat aviasiyasının “İl-76” və “An-124” təyyarələri tərəfindən həyata keçirilir.

10 noyabr 2020-ci il tarixindən etibarən ümumilikdə 170-dən çox uçuş həyata keçirilib.

Rusiyanın Aerokosmik Qüvvələrinin hərbi nəqliyyat aviasiyasının növbəti “İl-76” və “An-124” təyyarələri Ulyanovsk-Vostoçnı aerodromunda material, silah və hərbi texnika yüklənərək və İrəvan şəhərinin aerodromlarına yola düşüb.

Qeyd edək ki, atəşkəsə və hərbi əməliyyatlara nəzarət etmək üçün Dağlıq Qarabağ münaqişəsi zonasında Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən 1960 hərbçi, 90 zirehli personal daşıyıcısı, 380 ədəd avtomobil və xüsusi texnika yerləşdirilir.

Share on facebook
Share on twitter
Share on whatsapp

BÜTÜN XƏBƏRLƏR

XƏBƏR LENTİ

ƏN ÇOX OXUNANLAR

ARXİV

Dekabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031