Çərşənbə, 21 Oktyabr 2020 19:36
Baku booked.net
+27°C

High: +27°

Low: +27°

Sun, 21.06.2020
advanced divider

Qırğızıstan portalları: Ermənistanın Gəncəni raket atəşinə tutması müharibə cinayətidir

Share on facebook
Share on twitter
Share on whatsapp

Qırğızıstanın goldenbridgenews.com və turktoday.info portalları Ermənistanın bu gecə saat 01 radələrində cəbhə zonasından kənarda yerləşən Gəncənin mərkəzi hissələrini raket atəşinə tutmasını hərbi cinayət adlandırıb.

PostNews.Az Trend-ə istinadən bildirir ki, portallar Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəsmi “Twitter” hesabına istinadla yazır: “Ermənistanın Gəncədəki mülki əhaliyə qarşı xain və vəhşicəsinə raket zərbəsi Ermənistanın hərbi-siyasi rəhbərliyinin döyüş meydanındakı məğlubiyyət qarşısında acizliyinin və ümidsizliyinin əlamətidir”.

Portallar yazır ki, Ermənistanın Gəncənin mərkəzi hissəsində yerləşən yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində 10-dan çox insan həlak olub, 40-dan çox adam yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Qırğızıstan portalları Hikmət Hacıyevə istinadla yazır: “ANAMA-nın məlumatına görə, Gəncəyə atılan raketlər SCUD/Elbrus taktiki ballistik raketlərdir. Bunu hadisə zonasından tapılan mərmilər sübut edir. SCUD raketini sıx məskunlaşmış mülki şəxslərə yönəltmək, Ermənistanın hərbi-siyasi rəhbərliyinin tamamilə əxlaqsızlığını və şizofrenik düşüncəsini göstərir”.

Share on facebook
Share on twitter
Share on whatsapp

BÜTÜN XƏBƏRLƏR

XƏBƏR LENTİ

ƏN ÇOX OXUNANLAR

ARXİV

Oktyabr 2020
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031