Çərşənbə, 25 Noyabr 2020 19:54
Baku booked.net
+27°C

High: +27°

Low: +27°

Sun, 21.06.2020
advanced divider

Sabah hava necə olacaq? – HAVA PROQNOZU

Share on facebook
Share on twitter
Share on whatsapp

Noyabrın  22-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin PostNews.Az-a verdiyi məlumata görə, noyabrın 22-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 8-11,

Bakıda gecə 6-8, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 770 mm civə  sütunu təşkil edəcək, nisbi rütubət  gecə 70-80, gündüz 55-60 faiz olacaq.

Noyabrın 22-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar  yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi  gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.  Havanın temperaturu  gecə 5-7,  gündüz 7-11 isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz  1-3 dərəcə  şaxta olacaq.

Tibbi-meteoroloji proqnoz

Noyabrın 22-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əssasən əlverişlidir.

Share on facebook
Share on twitter
Share on whatsapp

BÜTÜN XƏBƏRLƏR

XƏBƏR LENTİ

ƏN ÇOX OXUNANLAR

ARXİV

Noyabr 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30