Bazar ertəsi, 26 Oktyabr 2020 02:58
Baku booked.net
+27°C

High: +27°

Low: +27°

Sun, 21.06.2020
advanced divider

Sahil Kərimli: Azərbaycan 30 illik işğalın və terrorun kökünü kəsir

Share on facebook
Share on twitter
Share on whatsapp

Ermənistan ordusu bütün cəbhə boyu ağ bayraq qaldırır, düşmən təslim olmaq ərəfəsindədir.

Ciddi məğlubiyyətlər Ermənistanın müdafiə qabiliyyətini tam tükəndirib. Paşinyanın məğlubiyyətini qəbul etməkdən başqa yolu qalmayıb. Terror dövləti Ermənistan ölümqabağı aqoniyadadır. Düşmən əlində ağ bayraq növbəti dəfə atəşkəs üçün yalvarır. Azərbaycan sülhə və atəşkəsə həmişə hazırdır. Lakin Ali Baş Komandan İlham Əliyevin tək şərti qəti və birmənalıdır. Ermənistan dərhal qoşunlarını işğal altındakı torpaqlarımızdan çıxarmalıdır. Uzun müddətli atəşkəs yalnız bu halda ola bilər. Azərbaycan növbəti dəfə humanitar atəşkəsə razı olmaqla Ermənistana tam məvh olmamaq şansı verir. Şərtləri qalib tərəf – Azərbaycan müəyyənləşdirir və diqtə edir. Əgər bu dəfə də işğalçı dövlət vaxt qazanmaq, güc toplamaq, dinc əhalimizi atəşə tutmaq, yeni terror və soyqırım törətmək yolunu tutacaqsa, nəticələri düşmən üçün daha ağır olacaq.

Azərbaycan işğalın və terrorun kökünü kəsir. Məqsəd regionun strateji mənzərəsini tamamilə yenidən formalaşdırmaqdır. Hədəf bölgədə yeni dövr – dayanıqlı sülh və təhlükəsizlik mərhələsi başlatmaqdır. Cənubi Qafqazın taleyini dəyişəcək bu məsuliyyətli missiyanı Azərbaycan lideri İlham Əliyev öz üzərinə götürüb. Yeni dövrdə işğalçıya yer yoxdur. Çünki, tarix boyu dövlət siyasəti işğalçılıq üzərində qurulan Ermənistanın terror, soyqırım, faşizm ənənələri yeni reallıqlara heç bir halda uyğun gəlmir. Tarixi Azərbaycan torpaqlarının uzun illərdir işğalda saxlanılması, qonşu ölkələrə yeni ərazi iddiaları, işğalın və terrorun coğrafiyasını genişləndirmək meylləri bölgənin gələcəyi üçün açıq-aydın təhlükə mənbəyidir. Azərbaycan isə işğala və terrora birdəfəlik son qoymaqla regionda uzunmüddətli sülh və sabitlik əldə etməyə çalışır. Azərbaycan dövləti dünya birliyinin, beynəlxalq qurumların bacarmadığı işin öhdəsindən layiqincə gəlir. Bölgənin gələcək taleyi naminə çətin və şərəfli proses qətiyyətlə davam etdirilir. Biz Cənubi Qafqaza daimi sülh gətiririk. Azərbaycan yeni tarix yazır. Dünya ölkəmizin qüdrətini, ordumuzun yüksək peşəkarlığını, döyüş meydanlarında göstərdiyi şücaətləri, xalqımızın birliyini və həmrəyliyini, qələbə əzmini heyranlıqla izləyir. Azərbaycan Prezident İlham Əliyevin liderliyi ilə beynəlxalq aləmə dəmir iradə, haqq-ədalət nümayiş etdirir. Torpaqlarımız qarış-qarış, addım-addım terrorçulardan təmizlənir. Düşmən arxasına baxmadan qaçır.

Bu gün Azərbaycan Prezidenti bir neçə cəbhədə uğurlu müharibə aparır. Ali Baş Komandan Ordumuza necə qətiyyət və bacarıqla rəhbrlik edirsə, diplomatiya müstəvisində də eyni peşəkarlıq və prinsipiallıq göstərir. Prezident İlham Əliyev nəhəng dövlətlərin, ermənipərəst qüvvələrin çox ciddi təziqləri qarşısında əzmlə dayanıb və heç bir şübhə yoxdur ki, bu sonadək belə olacaq. Çünki Azərbaycanın milli maraqları, ərazi bütövlüyü və suverenliyi Prezident İlham Əliyev üçün daim birinci yerdə dayanıb. Biz Prezident İlham Əliyevin siyasətinin timsalında Azərbaycan dövlətinin qətiyyətinin, öz mövqeyindən bir addım belə geri çəkilməyəcəyinin şahidi oluruq. Bu həqiqətən də şanslı tarixdir, həqiqətən də fəxr və qürur duyulası məqamlardır.

Azərbaycan bölgədə həm də nəhəng regional layihələrin müəllifi və icraçısıdır. Ermənistanın terrora köklənmiş dövlət siyasəti isə daim bölgənin taleyi üçün ciddi təhdidir. Son günlər terrorçuların işağlda saxladıqları mövqelərdən, həmçinin Ermənistan ərazisindən Azərbaycanın strateji obyektlərini, dünya miqyaslı layihələri hədəf alması olduqca təhlükəlidir. Bu faktlar özü-özlüyündə Ermənistanın təkcə ölkəmiz və bölgə üçün deyil, ümumilikdə dünya üçün, Avropanın enerji təhlükəsizliyi üçün nə qədər böyük zərbə vurduğunu göstərir. Bu mənada Avropa seçim etməlidir. Ya işğalçı Ermənistan, ya da Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan və tarixi torpaqları uğrunda haqq döyüşü aparan Azərbaycan. Əks halda, baş verə biləcək təhlükəli hadisələri təsəvvür etmək çətin deyil.

Ermənistanın işğalçılıq siyasətinin dayandırılması və Azərbaycanın ərazi bütövlüyünün tam təmin edilməsi nəinki bölgənin, dünyanın nizamını dəyişəcək. Azərbaycan Prezidentinin gələcəyə hesablanmış dəqiq hədəfləri bölgədə yeni bir strateji mənzərə, strateji baxış yaratmaqdır: İşğala, terrora, soyqırıma, etnik təmizləmə siyasətinə son, bölgədə dayanıqlı sülh və təhlükəsizlik. Regionda tam fərqli strateji mənzərənin yaranması çox uzaqda deyil.

Sahil Kərimli, Trend Beynəlxalq İnformasiya Agentliyinin Baş redaktor müavini

Share on facebook
Share on twitter
Share on whatsapp

BÜTÜN XƏBƏRLƏR

XƏBƏR LENTİ

ƏN ÇOX OXUNANLAR

ARXİV

Oktyabr 2020
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031