Cümə axşamı, 22 Oktyabr 2020 18:31
Baku booked.net
+27°C

High: +27°

Low: +27°

Sun, 21.06.2020
advanced divider

“The Guardian” Gəncə terrorundan yazdı

Share on facebook
Share on twitter
Share on whatsapp

“The Guardian” qəzetində oktyabrın 17-də gecə saatlarında Gəncə şəhərinə endirilən raket zərbəsi barədə məqalə dərc edilib.

Trend-in məlumatına görə, məqalədə bildirib ki, Gəncənin atəşə tutulması nəticəsində 12 dinc sakin həlak olub.

Məqalədə müəllif yazır ki, Gəncədəki jurnalistlər atəşdən sonra bir neçə evin dağılmasının şahidi olub, xilasediclər isə hadisə yerindən meyitləri çıxarıblar:

“Zərbə nəticəsində yaxınlıqdakı küçələrdə divarlar dağılıb, binaların damları qopub. İnsanlar şok və gözyaşı içində küçəyə qaçırdı. Şahidlərdən biri deyib ki, xilasedicilərin zərbədən qısa müddət sonra dağıntılar altından uşağı, iki qadını və dörd kişini çıxardıqlarını görüb”.

Məqalədə, həmçinin qeyd olunur ki, ermənilərin bu hücumu Gəncənin digər yaşayış rayonuna atılmış raketdən 6 gün sonra baş verib. Həmin hücum zamanı 10 dinc sakin həlak olmuşdu:

“Təxminən eyni saatlarda Gəncədən bir saatlıq məsafədə olan Mingəçevir şəhərində jurnalistlər güclü partlayış səsi eşidib. Mingəçevir raketdən müdafiə sistemi ilə qorunur, çünki burada strateji elektrik stansiyası var”.

Share on facebook
Share on twitter
Share on whatsapp

BÜTÜN XƏBƏRLƏR

XƏBƏR LENTİ

ƏN ÇOX OXUNANLAR

ARXİV

Oktyabr 2020
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031