Çərşənbə, 25 Noyabr 2020 22:58
Baku booked.net
+27°C

High: +27°

Low: +27°

Sun, 21.06.2020
advanced divider

Trampdan Baydenlə bağlı növbəti iddia

Share on facebook
Share on twitter
Share on whatsapp

ABŞ Prezidenti Donald Tramp prezident seçkilərində səsvermənin nəticələrini dəyişmək üçün kifayət qədər saxtakarlığa yol verildiyi barədə məlumatlara malik olduqlarını bəyan edib.

PostNews.Az APA-ya istinadən bildirir ki, D. Tramp “Twitter” hesabında yazıb ki, tərəfdarları yüz minlərlə seçki saxtakarlığı aşkarladığı halda Co Baydenin sürətlə kabinet formalaşdırması təəccüblüdür.

ABŞ Prezidenti qeyd edib ki, aşkarlanan saxtakarlıqlar 4 ştatda səsvermənin nəticələrini dəyişmək üçün yetərlidir və bu, ona qələbəni təmin edəcək: “Ümid edirəm ki, məhkəmələr və qanunvericilər bunu təmin edəcək və seçkilərin nəticələrinə yenidən baxılacaq”.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçirilib, ancaq səslərin sayılması hələ başa çatmayıb. ABŞ mətbuatı seçkilərdə Demokrat Partiyanın namizədi C. Baydenin qalib gəldiyini bildirir. Bir çox dünya liderləri artıq C. Baydeni təbrik edib.

Share on facebook
Share on twitter
Share on whatsapp

BÜTÜN XƏBƏRLƏR

XƏBƏR LENTİ

ƏN ÇOX OXUNANLAR

ARXİV

Noyabr 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30