Cümə, 14 Avqust 2020 11:48
Baku booked.net
+27°C

High: +27°

Low: +27°

Sun, 21.06.2020
Дизайн без названия
advanced divider

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevə zəng etdi

Share on facebook
Share on twitter
Share on whatsapp

İyulun 31-də Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

PostNews.Az AZƏRTAC-a istinadən bildirir ki, Qurbanqulu Berdiməhəmmədov dövlətimizin başçısını və Azərbaycan xalqını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib və firavanlıq arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib, öz növbəsində Qurbanqulu Berdiməhəmmədova və Türkmənistan xalqına ən xoş bayram arzularını çatdırıb.

Dövlət başçıları Azərbaycan-Türkmənistan dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayaraq ortaq tarixi köklərə malik xalqlarımız arasında əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.

Telefon söhbəti zamanı bu yaxınlarda Azərbaycan-Türkmənistan-Əfqanıstan prezidentlərinin videoformatda keçirilən sammitinin yekunlarından məmnunluq ifadə edilib, nəqliyyat, logistika, telekommunikasiya sahələrində uğurlu əməkdaşlığın perspektivləri müzakirə olunub, Lapis-Lazuli nəqliyyat dəhlizinin Azərbaycanın nəqliyyat infrastrukturuna birləşdirilməsinin əməkdaşlığın genişləndirilməsi baxımından önəmi qeyd edilib.

Share on facebook
Share on twitter
Share on whatsapp

BÜTÜN XƏBƏRLƏR

XƏBƏR LENTİ

ƏN ÇOX OXUNANLAR

ARXİV

Avqust 2020
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31