Şənbə, 15 Avqust 2020 11:28
Baku booked.net
+27°C

High: +27°

Low: +27°

Sun, 21.06.2020
Дизайн без названия
advanced divider

ÜST bütün ölkələri bu sxemə qoşulmağa çağırdı

Share on facebook
Share on twitter
Share on whatsapp

COVAX təşəbbüsünə qoşulan ölkələrin koronavirusa qarşı vaksin əldə etmək üçün daha çox şansları var.

PostNews.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu brifinqdə ÜST-nin elmi işçisi Sumya Svaminatan söyləyib. Onun sözlərinə görə, COVAX təşəbbüsü vaksin hazır olduqdan sonra onun daha tez və bərabər şəkildə əlçatan olmasına təminat verilməsinə yönəldilib. Dövlətlər COVAX təşəbbüsünə nə qədər çox qoşulsalar, sxem bir o qədər çox uğurla işləyəcək.

Hazırda 75-dən çox ölkə ÜST-nin, Vaksin və İmmunizasiya üzrə Qlobal Alyansın (GAVI) və epidemiyalara hazırlığın təmin edilməsi sahəsində innovasiyalar üçün koalisiyanın (CEPI) birgə başladığı təşəbbüsə maraq göstərdiklərini bildirib və ya qoşulub. Təşəbbüsün məqsədi 2021-ci ilin sonunda azı 2 milyard doza miqdarında effektiv və bəyənilmiş vaksinin bölüşdürülməsidir.

Share on facebook
Share on twitter
Share on whatsapp

BÜTÜN XƏBƏRLƏR

XƏBƏR LENTİ

ƏN ÇOX OXUNANLAR

ARXİV

Avqust 2020
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31