Çərşənbə, 25 Noyabr 2020 20:53
Baku booked.net
+27°C

High: +27°

Low: +27°

Sun, 21.06.2020
advanced divider

Xızıda evdən oğurluq edən şəxs saxlanılıb – FOTO

Share on facebook
Share on twitter
Share on whatsapp

Xızı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun Giləzi qəsəbə sakini N.Rzayev ona məxsus fərdi yaşayış evindən 7000 manat pulunun oğurlanması barədə məlumat verib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Milli.Az-a verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayonun Sitalçay kənd sakini Xəyal Rəsulov saxlanılıb.

Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edərək, oğurladığı pulların bir qismini xərclədiyini bildirib. Oğurluq yolu ilə əldə edilmiş pulların qalan hissəsi isə maddi sübut kimi ondan götürülüb.

Faktla bağlı Xəyal Rəsulov barəsində Xızı RPŞ-də cinayət işi başlanılıb, onun digər cinayət əməllərində iştirakının olub-olmaması araşdırılır.

Share on facebook
Share on twitter
Share on whatsapp

BÜTÜN XƏBƏRLƏR

XƏBƏR LENTİ

ƏN ÇOX OXUNANLAR

ARXİV

Noyabr 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30